Rusiya polisi `Lotu Quli`ni axtarır


13:29     19 Dekabr 2017 lotu%20quli3.jpg

Həbsdən buraxıldıqdan sonra İstanbul ətrafındakı malikanəsində məskunlaşan “Lotu Quli” ləqəbli məşhur azərbaycanlı kriminal avtoritet, kriminal aləmin “bir nömrəli voru” kimi tanınan Nadir Slifov Rusiyada federal axtarışa verilib.


Femida.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarından “Rosbalt”a bildiriblər.

Məlumata görə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi “Lotu Quli”nin barəsində federal axtarış qərarı çıxarıb. O, adam oğurluğu və hədə-qorxu yolu ilə pul tələb etməkdə günahlandırılır.

İstintaqın versiyasına görə Səlifov Moskvada adam oğurluğu barədə göstəriş verib və ondan hədə-qorxu yolu ilə pul tələb olunmasını təşkil edib. Ona qarşı cinayət məcəlləsinin iki maddəsi-126 və 163-cü maddələri ilə qiyabi ittiham irəli sürülüb.

“Perspektiv var ki, Səlifova qarşı daha bir maddə-mütəşəkkil cinayətkar qruplaşma yaradılması maddəsi üzrə ittiham elan ediləcək”-mənbə bildirib. İstintaq Səlifovun barəsində qiyabi həbs qərarı çıxarılması üçün Moskvanın Presnensk rayon məhkəməsinə vəsadət qaldırıb. Vəsadət təmin olunub. O, beynəlxalq axtarışa verilib. Mənbə bildirib ki, “Lotu Quli”yə qarşı bu tədbir onun Türkiyə ərazisindən Rusiyada görünməmiş aktivliyi ilə bağlıdır. Faktiki olaraq o, özünü “bir nömrəli vor zakon” kimi aparır, hər yerdə öz adamlarını, “smotryaşilərini” təyin edir.

Cinayətkar aləm üzrə ixtisaslaşmış “Prime Crime” portalı isə xəbər verir ki, “Lotu Quli” konkret olaraq 2015-ci ilin dekabrında Kamal Quliyev adlı sanballı biznesmenin oğurlanmasını təşkil etməkdə günahlandırılır. Hansı ki, onun buraxılması üçün 10 milyon avro tələb edilmişdi. Lakin necə olubsa Kamal Quliyev onu oğurlayan, ancaq “əməlindən peşiman olan” Maqsud Qurbanovla birlikdə qaça bilib. Ehtimal ki, Quliyev sadəcə olaraq Qurbanovu ələ alıb. Daha sonra Qurbanovu əvvəllər törətdiyi qətlə görə həbs ediblər. “Quli”nin azadlığa çıxması ərəfəsində Qurbanov istintaqla sövdələşməyə girib və cəzasının azaldılması əvəzində avtoritetin əleyhinə ifadə verməyə razılaşıb.

Sayt yazır ki, Qurbanov “Lotu Quli”nin əleyhinə ifadə versə də həmin ifadəsini nə vaxtsa məhkəmədə onun üzünə təkrarlamağa cəsarəti çatmaz.

"Rosbalt" isə mötəbər mənbələrə istinadən bildirir ki, Türkiyə "Lotu Quli"ni Rusiyaya ekstradisiya etməz. "Çünki Türkiyə belə məsələlərdə Rusiya ilə demək olar ki, əməkdaşlıq etmir. Xüsusən də böyük pullara və imkanlara, nüfuza malik adamdan söhbət gedirsə. Beləsini ancaq o vaxt ekstradisiya edərdilər ki, yerli hakimiyyəti nəyə görəsə bərk qəzəbləndirsin"-mənbə deyib.

Açar sözlər:

Oxunub: 3005